Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, bu kitab analitik baxışla Seyid Həsən Nəsrullahın həyat yolunu, mübarizəsini, strateji düşüncəsini və liderlik rolunu oxucuya birbaşa və vasitəsiz şəkildə təsvir edir.
Bu kitabın müəllifi xanım İlahə Axirəti nisbətən gənc sayılsa da indiyədək dəyərli əsərlər yazıb. Onların arasında “Hac Fələstin” (şəhid İmad Muğniyyə haqqında), “Heç nə həmişəki kimi deyil” (müqəddəs məkanların müdafiəçilərindən bir şəhid haqqında), “Natamam yuxular” (şəhid Məhəmməd Şeybaninin həyat yoldaşının bədii bioqrafiyası əsasında) və həmçinin “Çatmaq fəsli” (şəhid müqəddəs məkan müdafiəçisi Hadi Tarəminin bədii bioqrafiyası) adlı kitablar var. Bunlar onun mübarizə və şəhidlərin həyat tərzi mövzusunda yazan yazıçı bir jurnalist kimi fəaliyyətini göstərir.
Bu əsərin müəllifi Seyid Həsən Nəsrullahın çıxışlarındakı səsini elə bir şəkildə tərtib edib ki, oxucu sanki birbaşa Seyid Həsənlə söhbət edir. Onun nitqlərinin yenidən düzülüşündəki bu məharət kitabın quruluşunu sadəcə xam bir bəyanatlar toplusu yox, axıcı, sistemli və oxunaqlı bir əsər halına gətirib.
“Ruhul-Əmin” kitabı nə sırf klassik bir bioqrafiya, nə də hərbi təhlil və ya siyasi sənədli əsər sayılır. Onun quruluşu tarixi rəvayətlər, yaşanmış təcrübələr, dəqiq təhlillər və müqavimət fəlsəfəsinin izlərinin sintezindən ibarətdir. Bütün bunlar Şəhid Nəsrullahın öz dilindən, onun çıxışları, müsahibələri və söhbətlərindən toplanmışdır.
Bu kitab oxucunu birbaşa Nəsrullahın üslubu və düşüncəsi ilə bağlayır və onu müasir əsrin ən təsirli siyasi-dini simalarından birinin fikri, imani və strateji yolçuluğuna qərq edir.
Bu əsər əslində Seyid Həsən Nəsrullahın tam, dərindən və vasitəsiz şəkildə onun öz dilindən təqdim etməyə dəyərli bir cəhddir. O, yalnız müqavimət hərəkatına maraq göstərənlər üçün deyil, həm də liderlik, böhran idarəçiliyi, səmimi danışıq və imanda möhkəmliyə maraqlı olan hər kəs üçün dəyərli bir mənbədir. Dürüst sözlərin az tapıldığı bir dünyada Seyid Həsən Nəsrullahın səsi bu kitabda “Ruhul-Əmin” kimi möhkəm, aydın və etibarvericidir.
Oxunmalı olan bu kitabın ən mühüm mövzuları bunlardır:
1. Uşaqlıq illəri və şəxsiyyətin Beyrutun ətraf məhəllələrində boya başa çatması
2. İmam Musa Sədr, İmam Xomeyni (r) və şəhid Seyid Məhəmmədbaqir Sədrin təsirli fikirləri
3. Silahlı mübarizəyə qoşulması və Hizbullah yolunun başlanğıcı
4. Livanda müqavimət liderliyinin araşdırılması 2000-ci il azadlığından 33 günlük müharibəyədək
5. Sözün, çıxışların və medianın psixoloji müharibənin idarəsində və xalqa ruh verməkdə rolu
6. Terror, təhdidlər, daxili və beynəlxalq təzyiqlərlə üzləşmə üsulu
Kitabın bir hissəsində oxuyuruq:
“Bir insan Allah rizası üçün iş görsə artıq yorulmaz. Qorxuya yer qalmaz. Dünyanı istəməyən kəs, dünyada bir şeyi itirməklə sarsılmaz. Biz ən çətin anlarda ən sakit olan idik. Çünki bilirdik hara söykənirik."
(Bu sözlər Seyid Həsən Nəsrullahın 33 günlük müharibə zamanı etdiyi çıxışlardan götürülüb.)
Həmçinin kitabın bəzi hissələrində Seyid Həsən Nəsrullahın müsahibələrində liderlik və iranlı qardaşları ilə münasibətini, katibliyə seçildiyi dövrün xatirələrini və Hizbullahın ilk baş katibi şəhid Seyid Abbas Musavi ilə dost və dərin əlaqələrini danışır.
Seyid Həsən Nəsrullah müsahibələrində Hizbullahın yaranma və quruluş dövrünü xatırlayır və qeyd edir ki, ilk gündən o və digər Hizbullah üzvləri iranlı qardaşlarının təcrübələrindən istifadə edirdilər. O, İran səfərləri barədə deyir:
“Hər il qardaşlarımız iki-üç dəfə İrana gedirdilər, yəni təxminən hər altı ay bir səfər edirdilər ki, İranın vəziyyəti və bölgədəki hadisələr barədə iranlı məsul şəxslərin baxışları ilə tanış olsunlar. O dövrdə bölgədəki dəyişikliklər çox sürətlə baş verirdi və qardaşlarımız daim İranla məsləhətləşməyə və onun dəstəyinə ehtiyac duyurdular. Adətən, vacib və ya təcili bir məsələ yarandıqda məni İrana göndərirdilər, çünki o zaman mən ən gənc idim və tanınmış bir sima olmadığım üçün təhlükə altında deyildim səfərlərim asan keçirdi. Digər tərəfdən, mən digər qardaşlarımdan daha yaxşı fars dilini bilirdim və buna görə də səfərin mənim tərəfimdən həyata keçirilməsini üstün tuturdular...”
Xəbərin sonu
Rəyiniz